Leviafan (Hobbs)

Leviafan
ing. Leviathan
Müəllif Tomas Hobbs
Orijinalın dili ingilis dili
Ölkə
Orijinalın nəşr ili 1651
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Leviafan, yaxud materiya, kilsə və vətəndaş dövlətinin forma və hakimiyyəti, ya da qısaca Leviafan — ingilis filosofu Tomas Hobbsun dövlət problemlərinə həsr olunmuş əsəri.

Kitabın adı İncildə adı çəkilən Leviafan adlı bir məxluqdan ilhamlanıbdır. Əsər cəmiyyətin strukturu və qanuni hökumətdən bəhs edir və sosial müqavilə nəzəriyyəsinin ən erkən və ən təsirli nümunələrindən biri kimi görünür. Leviafan qərb fəlsəfəsinin klassik əsərlərindən biridir, və onu Makiavellinin dövlət idarəçiliyi sahəsində “Hökmdar” əsəri ilə müqayisə etmək olar. İngiltərə burjua inqilabı (1642-1651) zamanı yazılmış bu əsər sosial müqavilə və mütləq suverenitet qurulmasının vacibliyi barəsində yazır. Hobbs yazırdı ki, vətəndaş müharibəsi və təbiət vəziyyətinin qəddarlığından ("hamının hamıya qarşı müharibəsi") ancaq güclü, bölünməz hökumətin yaranmasıyla qarşısını almaq olar.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search